Görəsən necə dadar qanla qum?
Həyatın pərdə arxasında kimlər unudulub
Yum, don , qal , ört gözlərini nəfəs alma
Sən sadəcə bir oyuncaq , sən sadəcə bir fiqur
Qəribə quruluşlar , bu düyünlənmiş hislər
Mən hər il böyüdükcə qul olduğumu başa düşürəm
Sən hər il həyat qanunlarına daha çox öyrəşirsən
Deyəsən dişləyiblər səni də , sən vampirləşirsən
Günəşin çadrası qaranlığımı qətiləşdir
Şeytanın bicliyi idi, arzularım gerçəkləşdi
Şeytanın rahibələrə danışdığı nağıllardan
Ehtiras qələmimdə tənhalığım itiləşdi
Mən sanki, yazıçısı ölmüş yarımçıq poema
Mən sanki, daşlanmağa məhkum ölümcül arena
Mənim ovcumda qan izlərini yalayır baxışlarım
Ən müqəddəs günahım ou, Maria Magdalena...
Məni çarmıxa çəkin, dar ağacından asın
Bağlayın dəmiryoluna , boğun, Damarlarımı kəsin
Dərimi soyun mənim
Göndərin sürgünlərə, siz ancaq öldürəndən sonra qiymət verirsiz hə?
Həqiqət axtarışlarında günahlara batdım
Sevgisi uğrunda uçur alova pərvanələr
Məni çarmıxa çəkin, dar ağacından asın
Ancaq bu cür yaranır , qəhrəmanlar , əfsanələr...
Görəsən necə dadar qanla qum?
Həyatın pərdə arxasında kimlər unudulub
Uşaq arzusu qədər təmiz gözlərinə baxdım
Onların dərinliklərində mən özümü tapdım
Dörd divar fəlsəfəsi , köhnə qrammofonda retro
Keçmişin trayektoriyasında nə qədər əyri vektor
Piyada addımların sonsuzluğuna qarışdıqca
Həyat düzəlmir, sadəcə düz görünür alışdıqca
Elə bil səhv qama , obyektivdə ni-fokus
,Taleyin dostlarından gəldi dar günümdə korpus
Bu nə Garcia Markes, nə yüzillik tənhalıq
Sadəcə baş verənlər tanış süjeti xatırladır
Saatın əqrəbləri sancır zaman zəhərilə
Nəyi çatdırmaq istəyir Allah öz əsərilə?
Mən kiməm lənətlənmiş, ya müqəddəs insan?
Şeytan baxışlı mələk, mələk qanadlı şeytan?
Məni çarmıxa çəkin, dar ağacından asın
Bağlayın dəmiryoluna , yoğun damarlarımı kəsin, dərimi soyun mənim. Göndərin sürgünlərə, siz ancaq öldürəndən sonra qiymət verirsiz hə?
Həqiqət axtarışlarında günahlara batdım, sevgisi uğrunda uçur alova pərvanələr
Məni çarmıxa çəkin, dar ağacından asın
Ancaq bu cür yaranır , qəhrəmanlar , əfsanələr
Görəsən necə dadar qanla qum...?