Qaraqan
Get
(Verse 1)
İllər keçdikcə qorxduğun adamlara dönmək
Onlardan biri olmaq, diri olmaq deyil, bu ölmək
İllər ötdükcə nifrət elədiyin şeyləri sevmək
Bu divarlar möhkəm, yox köməy, yox kömək
İllər keçdikcə boz kütlədə tapmağ öz yerini
Onlar başqa insanlar deyil, hamısı sənnən biri
Onlar da qəhramanlar deyil, səndə olar kimi
Çox böyük oyunlarda kiçiy insanlarıq biz bil
Artıq neçə ildir ki, valideynlərdən gəlmir kömək
Artıq neçə ildir ki, dostlar, şit zarafat, gülmək
Artıq neçə il ət parçasına dönüb bu ürək
Artıq neçə il uçub gedib çiyinlərdən mələk
Və artıq səmalardan yağmır yerə müqədəslik
Bir anlıq istəyirsən diz çöküb olasan təslim
Bu beton binaların arasında tapmaq sevgi
Bu heykəl insanların qəlblərində tapmaq sevgi..

(Chorus)
Get, əgər gedə bilirsənsə
Qal, əgər dözə bilirsənsə
Sev, əgər göz yuma bilirsənsə, dona bilirsənə, susa bilirsənsə...
Get, əgər gedə bilirsənsə
Qal, əgər dözə bilirsənsə
Sev, əgər göz yuma bilirsənsə, dona bilirsənə, susa bilirsənsə...
(Verse 2)
Sevdiyin qəhrəmanları basdırmaq kitablarda
Uşaqlıq dostların hərəsi bir ölkədə, uzaqlarda
Sevgilinə gedən yol keçdi min cür qucaqlardan
Bahardan qalan miras sarı quru yarpaqlarda
Qaranlıq otaqlarda, kimsəsiz otaqlarda
Həyata fotoalbom kimi baxmaq xəyallardan
Və görmək bəzi şəkillərdə sevinc, bəzi şəkillərdə kədər
Amma sevinc daha çox idi doxsanlarda
Və bir neçə dəfə Bakını tərk etmək birdəfəlik
Xarici pasport, viza, qayıtmamağa var əminlik
Həyatı yenidən qurmaq hardasa başqa yerdə
Və qaranlıq keçmişə boylanıb baxmamaq birdə
Bakını unutmaq və yaddan çıxartmaq bu xalqı
Tüpür hər şeyə get burdan, bax axı gedir hamı
Və əgər bir gün darıxsan, vətən həsrəti çəksən
Mən bu torpaqlara çatdıracam sənin salamın

(Chours)
Get, əgər gedə bilirsənsə
Qal, əgər dözə bilirsənsə
Sev, əgər göz yuma bilirsənsə, dona bilirsənə, susa bilirsənsə...
Get, əgər gedə bilirsənsə
Qal, əgər dözə bilirsənsə
Sev, əgər göz yuma bilirsənsə, dona bilirsənə, susa bilirsənsə...
Get...