Qaraqan
Kukla Teatrı (Məktub 1)
Deyirlər, neyronların əlaqəsindən yaranır fikir
Kimyəvi məhlul və kiçik qığılcım… Elektrik!
Deyirlər, vəhylər, qarabasma və göz qaraltısı
Hallüsinasiya və bütün peyğəmbərlər olub epilepsik
Deyirlər sevgi - endorfin, serotonin, melonin
Fahişələrin səksən faizinin adı - Melani
Deyirlər, müqəddəs heç nə qalmayıb, Aman İlahi!
Aman - “Amun Ra”. İlahi ivrit dilindən “Eloxim”
Bu tarixi kim yaradıb, Herodot? Deyirlər, kor idi
Bethoven “Ay Sonatası”nı yazanda artıq kar idi
Xristianlar səhv deyir, “Oğul” - Allahın oğlu olmur!
Əl çəkin, rahat buraxın məni, bilmirəm bəlkə var idi!
İstənilən zövqə və dada uyğun həqiqətlər
Müxtəlif irqlər, qitələr və fərqli cənnətlər
Çayxanalarda geopolitik söhbətlər
Qulağımda qulaqcıq - “RG - Gəncədən Hörmətlə”
Bilmirik artıq harada şimal, harada cənub, əsası harada qiblə?
Sizcə həqiqət yuxarıda? Biz axtarırıq dibdə
Oşo ölüm ayağında pıçıldadı "Mən "fake"-əm..."
Gündüzlərimiz fəlsəfi, gecələrimiz uyğun "Freyd"ə

Çox ciddi şeylər haqda (skit)

Demokratiya yaranmışdı qloballaşmaq üçün, bro
İnternet açıldı ki, daha yaxşı işləsin Interpol
Azad bazar, mavi planet, böyük bir supermarket!
10 milyon - deputatlıq, 15 - buraxsın "İnter" qol
İndi nə olursa, əmin olun, yazılıb dünəndən
Bizim qədrimiz bilinmir, bilinməyəcək öləndə
İnanın bir az da pul gətirsə dilənmək
Dilənmə aparatları qoyulacaq necə "parking control"
Amerikan bayraqlarının hamısı "Made in China"
O qədər oxuduq ki, bizim üçün popsadı "Mein Kampf"
Faşist hərbi geyimlərini də tikirdi "Hugo Boss"
Deyir millət orda "I’m so happy" - elə biz də "fine"-ıq
Sistemin qanunları bizim dəlixanada keçmir!
Həqiqət acıdır, amma burada heç kəs yalan içmir
Və kukla teatrında pərdə arxasını görmüş uşaqlar
Oyuncaqların dediyinə inanmayacaq heç vaxt...