Getdiyim ortamın gözdəsiyəm
Bir tək özümün özgəsiyəm
Kimiləri mənə "pik", kimiləri "heç"
Kimləri "söz bəzəyən" deyir
Daha eləmir pul belə kar mənə
Hər şey var mənə
Bizdən aldıqlarınızı geri götürməyə gəldim
Şəhərimi qaytar mənə
Mənim şəhərimi qaytar mənə
Bizə görə ölən ataların oğullarıyıq
Şəhərimi qaytar
Bizə görə nəfəs alan anaların doğrularıyıq
All For The Best
Heç vaxt dilə gətirmirəm "əfsus, heyif"
Nə də məhbus beyini saxlamayın
Nə də "əfsus" deyin
All For The Best
Gözləri yol çəkən hər kəsə "getsin" deyin
Yerinə gələcək biriləri
Təklik bizlərə məxsus deyil!