Orxan Qarabasma (OGB)
Dost

[Bənd 1]
Birgə keçən illərimiz
Həm şirin gəlir, həm də acı
Dərinə varıb tapdıq biz
Birgə çox dərdə əlacı

Sənə canımı verərəm
Amma bu həyat sıxıcı
Bu həyat sıxıcı
Bu həyat sıxıcı gəlir mənə

[Nəqərat]
Sənsiz, ey dost, kölgən boyar küçələri
Sənsiz, ey dost, bu şəhər mənə dar gəlir
Yuyar Xəzər bütün xatirələri
Amma qaytarmaz geri, amma heç dolmaz yeri
Sənli günlərin, sənli günlərin, sənli günlərin

[Bənd 2]
Qadına bax, halına bax, səbəbi çox
Heç özündən də xəbəri yox, gəl bir bax, gör
Kədəri bol, qədəri yox, zəhəri çox
Yanında bircə nəfəri yox, gəl bir bax, gör

Canımı al, canım ana, canım yara
Canımı apar yaradana
Qanı-qana batırırlar, qanı-qana qatanı var
Canı-cana satanı var
Yox inam hər adama
Taqətim yox daha
[Nəqərat]
Sənsiz, ey dost, kölgən boyar küçələri
Sənsiz, ey dost, bu şəhər mənə dar gəlir
Yuyar Xəzər bütün xatirələri
Amma qaytarmaz geri, amma heç dolmaz yeri
Sənli günlərin, sənli günlərin, sənli günlərin