Baby Keem
Kendrick Lamar - N95 (Azərbaycanca tərcümə)
[İntro]
Salam yeni dünya, bütün oğlanlar və qızlar
Sizə danışacaq doğru hekayələrim var
Siz çöldə mübarizə aparırsınız, onlarsa yalan danışırlar
Vou-o-o-o

[Vörs 1]
Saxta şirinliyi, diqqət dalınca qaçmağı və Wi-Fi-vı çıxart
Pulla telefon pozalarını, avtomobilivin kreditini, lovğalanmağı və ağ yalanları çıxart
O əcaib-əcaib daş-qaşlarıvı çıxart, 10 addım atıram və "ən yaxşı 5" siyahısına girirəm
Süni yolla artırılan dinləmələri, mikrodalğa memləri çıxart, real dünya çöldədir
Büt etdiyin insanları, moda podiumunu çıxart, mən Qahirəyə uçuram
Seynt-Tropezə uç, 5 gün qal, 250 min xərclə, nəyə lazımdır?
Saxta patriotizmi, ideoloji təsirləri və hüquq polisini çıxart
Mən də çıxarıram sədaqətsizləri, özündən əmin olmayanları və şəxsi qərarsızlıqlarımı
Səthi filosofluğu, saxta "woke" imicini və "kasıbam, ona görə empatiyam var" yalanını çıxart
Qeybət etməyi və "zənginəmsə nadirəm" adlı təzə məntiqi çıxart
Chanel, Dolce & Gabbana-nı və Birkin çantavı çıxart
O bütün saxta brend geyimləri çıxart, görək geriyə səndən nə qalır?

[Nəqarət]
Ləçər, sən… hə, hə… iyyhh — sən pox kimi çirkinsən
(Sən öz həddini aşmısan!)
İki bankomatın var? (Hah-hah-hah-hah)
Bəs onda, sən addım atırsan, ya yox? (Həddini aşmısan, hə?)
Səncə, kimdən danışırlar?
Bizdən danışırlar! (Sən öz həddini aşmısan – vur-vur-vur)
Səncə, kimdən kopya götürürlər?
Bizdən götürürlər! (Tez qayıt öz yerinə!)
[Vörs 2]
Dünya panikadadır, qadınlar tək buraxılıb, kişilər sistemdən qaçır
Peyğəmbərlər tərk edilib, qanun sui-istifadə edir, bazar çökür, sənaye nə istəyir?
Zəncilər və qızlar qutuda yaşayır, onlar bizə baxıb gülərək pul qazanır
Bu monopoliya deyil, sevgi arxasınca qaçırsız, bu monoqamiya deyil, hamınız aldanırsız
Bu cəhənnəmin içinə düşürəm, bu hissləri yaşayanda rahatlamalıyam (Eynən)
Əcdadlarım yuxuma girir və "sən çox həqiqisən" deyir (Eynən)
Həssaslar və hər şeyi şəxsiləşdirənlərlə işim yoxdur, daha ağ və qara, doğru və səhv anlayışı mənim üçün yoxdur
Sən dəyişiklik üçün dua edir, din adamlarına ümid edirsən, mənsə dəfndəki qışqırıq ilə gələn hissləri tanıyıram

[Nəqarət]
Ləçər, sən… hə, hə… iyyhh — sən pox kimi çirkinsən
(Sən öz həddini aşmısan!)
İki bankomatın var? (Hah-hah-hah-hah)
Bəs onda, sən addım atırsan, ya yox? (Həddini aşmısan, hə?)
Səncə, kimdən danışırlar?
Bizdən danışırlar! (Sən öz həddini aşmısan – vur-vur-vur)
Səncə, kimdən kopya götürürlər?
Bizdən götürürlər! (Tez qayıt öz yerinə!)

[Körpü]
Sənətkarlığımın təqdimatını aparıram, quraqlıqda rəqs edərək
Salam olsun həyatda mövqeyini tutan adama, heç nəyi unutmuram
İçimə yığılan fırtınaları təhlükəsiz məkanlarda boşaldıram
İçimə yığılan fırtınaları...
[Vörs 3]
Bütün həqiqətlərimi bağırım mı?
İtirəcəyim heç nə qalmayıb
Problemlərimlə hovuzlarım bir səthdir, inancımla onların içində üzə bilərəm
Kameralar hərəkətdədir nə vaxt ki hərəkətdəyəm, ailəm iddia qaldırır qazandığım hər şеyə
Cinayətlər artır, hökümət də artırır, amma bankdakı pullarıma olan vergiləri, prezident şou göstərir
"Qardaş" dеdiklərim məni federal radarına salır, mən aktiv olanda göz bəbəklərim buz tutur (Dayan, dayan)
Gəlin bir anlıq bu barədə düşünək (Gəlin)
De görüm sən estetik görüntü uğruna nə edərdin? (Denən)
Ruhunu kreditə satardın mı? (Denən)
Qardaşını məhşurluq üçün satardın mı? (Denən)
Haradadır bu ikiüzlülər?
Kimlər cəmiyyətin yalnız özlərini önəmli hesab etdiyini düşünür? (Denən)
Haradadır bu ikiüzlülər?
Öz icmalarını yeganə dəyərli və müvafiq sayanlar kimlərdir? (Denən)

[Outro]
Hə, hə, uh
Sən həddini aşmısan, həqiqətən də həddini aşmısan
Sən ortabab, vasat insanlara və fikirlərə önəm verirsən, bunu dayandırmalısan
Sən toksik olan köhnə dostlarına dəyər verirsən
Həyatın necədir? Boşboğazlıq və qeybətdir
Ala, nədi bu lənətə gəlmiş boykot mədəniyyəti?
Haqqınızda nə istəsəm deyirəm, mən Oprah kimiyəm
Bu ağ dərililəri Jay-Z kimi idarə edirəm, izləyin, hər şey mənim olacaq
Sən tənqidçilərdən narahatsan? Bu protokola uyğun deyil (Ləçər!)