Genius Azərbaycan Tərcümə
Eminem - Sing For the Moment (Azərbaycan Tərcümə)
[Vörs 1: Eminem]
Bu fikirlər ağ valideynlər üçün kabusdur
Ən böyük qorxuları uşaqlarının saçlarının sarıya boyaması və sırğa taxmasıdır
Dediklərinin bir təsiri yoxdur
Söyüşə icazə verilməyən ailədə vəziyyət çox qorxuncdur
Qulaqlıqları ilə son səsdə musiqi dinləyərək evdə gəzir
Öz bölgəsində tək, hissiz və vecsizdir
Problemli uşaqdır və ürəyini sıxan hər şey birdən ortaya çıxır
Danışmağa başlayanda atası çıxıb gedir
Ondan o qədər nifrət edir ki özündən uzaqlaşdırır
Əgər onu bir dəfə də görsə yəqin ki, yerə sərəcək
Düşüncələri pisdir, əsəbidir və qarşılıq verir
Zənci kimi danışır, rok və replə beyini yuyulub
Şalvarı götündən sallanır, başında var bandanası və papağı
Ögey atası onu vurdu, o da yumruqla qarşılıq verdi və burnunu qırdı
Evdəki yuva artıq dağılıb
Edəcək bir şey yoxdur, o da emosiyalarını sərbəst buraxır

[Nəqarət: Steven Tyler]
Getdik!
Mənlə birgə oxu, ötən illər üçün oxu
Qəhqəhə üçün oxu, göz yaşı üçün oxu
Mənlə birgə oxu, sadəcə bu gün üçün
Bəlkə ulu Tanrı səni sabah uzaqlara aparacaq..

[Vörs 2: Eminem]
Əyləncə sektoru dəyişir, qenqlərlə birləşir
Qatillər ölkəsində bir günahkarın zehni məbəddir
Müqəddəsdir ya yox, tək dostum silahdır
Yalnızam çün kimsə məni anlamır
Yenə də hamı deyə bildiyi qədər hiss edir
O lənətə gəlmiş sözlərə bələdəm, əladırlar
Ya da alçaldırlar, ən pisi, nifrəti öyrədirlər
Söylədiyimiz hər cümləni diqqətlə dinləyən uşaq kimidirlər
Elə bil bizə ibadət edirlər
Plus bütün mağazalar bizə platinium göndərir
Necə oldu axı bu dəyişim reallaşdı?
Tin-dalanda rep etməkdən gəlib sərvət sahibi olduq, yaltaqlıq etmədik
Lakin sonra, tənqidçilər səni çarmıxa çəkir
Jurnalistlər də yandırmağa çalışır
Fanlar səndən üz çevirir
Vəkillər də əlindəkini qəpiyinəcən almaq üçün fürsət axtarır
Hər dəfə əsəbləşəndə dəli olmağını istəyirlər
Beləliklə, səni bir təhdid kimi göstərirlər
Məhkəmələr silah mövzusunu şişirdir
Buna görə hakimlər məni içəri atmaq istəyir
Tələsik məni küçələrdən uzaqlaşdırmağa çalışırlar
Amma hamısının uşaqları ibadət kimi məni dinləyir
Mən də polis barmaq izimi alanda CD imzalayıram
Bunlar hakimin qızı üçün, amma onun kini mənə qarşıdır
Mənim təhlükəli olmağım kimi mənasız söhbət yoxdur!
Bunlar siyasi mövzulardır, əgər musiqim həqiqətdirsə və mən də günahkaramsa, onda bir qız uşağını necə böyüdə bilərəm?
Böyüdə bilməzdim təbii ki
Onlara vasitəçi olmayacam
Querra, sən pox dolusan, bu da sənə vurduğum yumruq idi!
[Nəqarət: Steven Tyler]
Getdik!
Mənlə birgə oxu, ötən illər üçün oxu
Qəhqəhə üçün oxu, göz yaşı üçün oxu
Mənlə birgə oxu, sadəcə bu gün üçün
Bəlkə ulu Tanrı səni sabah uzaqlara aparacaq..

[Vörs 3: Eminem]
Deyirlər ki musiqi ruh halıvı dəyişdirir və sənlə danışır
Elədirsə, sənçün bir silahı doldurub tətiyi çəkə bilər?
Birdən çəksə, sən də gələn dəfə dostuva hücum edərsən
Sadəcə hakimə mənim günahım olduğunu dedim və məhkəməyə çağırıldım
Görürsən də, bu uşaqların tək etdiyi silah daşıdığımızı eşitməkdir
Onlar da bir dənəsini almaq istəyir, elə bilirlər ki, bu kuldur
Əslində isə özümüzü qoruduğumuzu başa düşmürlər
Biz sənətçiyik, əlbəttə ki, bu şeylər satışlarımıza təsir göstərir
Eşit, qara cahil, musiqi xarakterin yansımasıdır!
Biz də bunları danışırıq, sonra poçtla çeklərimizi alırıq
Çox poxdan vəziyyətdi, elə deyil?
Necə olur da yoxluqdan gəlib istədiyimiz hər şeyə sahib oluruq?
Buna görə xəyallar və rep jurnallarından başqa
Heç nəyi olmayan uşaqlar üçün mahnılar oxuyuruq
Bütün gün şəkilləri divarlarına mismarlayırlar
Favori reperlərini idol halına gətirib bütün mahnılarını əzbər bilirlər
Ya da biz, həyatlarında poxdan şeylər yaşamış insanlar üçün oxuyuruq
Onlar gecələr oturub ağlayır, ölməyi arzulayırlar
Bir rep zapisi açıb duyğuları yaşayırlar
Tənqidçələrə görə heç nəyik, amma uşaqların gözündə hər şeyik!
Bax buna görə anı tutub dondurmağa və sahiblənməyə çalışırıq
Onu sıxışdırıb tuturuq çün bu dəqiqələri dəyərli hesab edirik
Kim bilir, biz öləndə, onlar da bunu etiraf edər
Qoyun ruhlarımız mahnılarımızda duyduğunuz sözlərimizlə yaşasın, bunu edə bilərik...
[Nəqarət: Steven Tyler]
Getdik!
Mənlə birgə oxu, ötən illər üçün oxu
Qəhqəhə üçün oxu, göz yaşı üçün oxu
Mənlə birgə oxu, sadəcə bu gün üçün
Bəlkə ulu Tanrı səni sabah uzaqlara aparacaq..
Getdik!
Mənlə birgə oxu, ötən illər üçün oxu
Qəhqəhə üçün oxu, göz yaşı üçün oxu
Mənlə birgə oxu, sadəcə bu gün üçün
Bəlkə ulu Tanrı səni sabah uzaqlara aparacaq..