Genius Azərbaycan Tərcümə
Dax - Dear God (Azərbaycanca tərcümə)
[Intro]
İnanclı biriyəm
Amma bəzən işlər çətinləşir
Mənim adım Dax

[Verse 1]
Uca Allah
Ağlımda keçmiş haqda bir çox sual var
Və cavabını sənin yaratdığın bir insandan eşitmək istəmirəm
Ona görə ən sonuncu seçimim kimi sən qaldın
De mənə nə gerçəkdir, nə saxtadır
Niyə sənin haqda hər şey mübahisəyə açıqdır?
Nədir sevginin məqsədi?
Nə vaxt ki sevgi göstərdim məhv olan mən oldum
Və bu məni ancaq nifrət etməyə vadar etdi
Madam ki təksən, onda niyə 1'dən çox din var?
Niyə hər söhbətin sonu ayrılığa çıxır?
Niyə hamı bizə necə yaşamaq lazım olduğunu deyir amma özü əməl etmir?
De necə hiss edim?
De nədir problem?
Axtarmağa çalışdım səni, telefonu aç
Mən təkəm bax
Hamı geri qayıdacağıvı deyir amma niyə bu belə çox vaxt alır?
Niyə ağrıyıram?
Niyə kədər var?
Niyə gözəl olan hər şey dəyişmək məcburiyyətindədir?
Niyə hamı kiminsə zəhmətindən mənfəət güdür
Və sonra sırf pul qazanmaq üçün o zəhməti məhv edir?
De mənə ağsan ya qara?
Əslində rəngin vecimə deyil, mən həqiqəti öyrənmək istəyirəm
Onlar nəsə danışırdı mənsə kitaba baxırdım
İndi dərk edirəm ki bütün həyatım boyu mənə yalan deyilib
De mənə hara gedirəm, Cənnətə ya Cəhənnəmə?
Ümid edirəm göndərdiyim bu mesaj düzgün şəkildə çatar sənə
Şeytanla birgə gəzdiyim bir yuxu gördüm
Necə bir hiss idi xatırlamıram amma and olsun ki hələ də ətri burnumdadır!
Gözlərimin içinə baxdı və ruhumu satacağım təqdirdə istədiyim hər şeyi verəcəyini dedi
Mənsə dedim ki, istədiklərimi indi əldə etməkdənsə ölməyi seçərəm
Qorxmadan burdayam, bu adamın danışacaq hekayəsi var
[Verse 2]
Uca Allah
Sənə ehtiyacım olanda hardaydın?
Vəziyyətim poxdan olanda və bu təkrarlananda haradaydın?
Müəyyənləşdirdikləri sərhədi aşanda hardaydın?
Həyatım üz qabığına qiymət verdikləri amma heç vaxt açıb oxumadıqları bir kitab kimidir
Xatırlayıram sənə xəyallarımı və məqsədlərimi dediyimi
Amma sən cavab vermədin, yəqin mənə inanmadın
Xatırlayıram oturub tətiyi başıma dirədiyimi və səndən yardım istədiyimi
Amma yəqin yenə mənə inanmadın!!!
Dinə ehtiyacım yox mənim, mənə mənəviyyat lazım
Kilsə istəmirəm mən, mənə ailəm deyəcək adamlar lazım
Günahlarımı başqa bir günahkara sırf cübbəsi var və məktəbə getdi deyə danışmaq istəmirəm!
Kitabdan oxumaq istəmirəm, birbaşa səndən eşitməliyəm
Məktəbimdən öyeənmək istəmirəm, çünki onlar həqiqəti gizlədir
Bu mövzuları başqa bir adamla danışmaq istəmirəm, studiya kabininə ayaq basmağımın səbəbi budur!

[Verse 3]
Uca Allah
Necə bu qaranlığı işığa çevirə bilərəm?
Necə gözümlə görmədiyim biriylə danışmaq fikrinə inana bilərəm?
Dinin sırf dünyanı bölmək və bizi zəncirləyərkən varlıları varlı, kasıbları sənə dua etdirmək və bu yalanı gizli bir plan kimi saxlamaq məqsədiylə yaradılmadığına necə inanan bilərəm?
Necə bilə bilərəm ki bu böyük bir zarafat deyil?
Ortada ümid olmadığı halda inanca necə sahib ola bilərəm?
Necə olur ki, bir adamın 100 trilyonu var, o birinin isə yatacaq yeri yoxdur?
Danışıb içimi tökmək üçün çox şey var
Yata bilmirəm çünki Şeytan qoymur rahatlayım
Əvvəl tanıyırdım kilsədən bir papanı
Və hələ də eşidirəm təcavüz etdiyi uşaqların çığırtılarını!
[Verse 4]
UCA ALLAH!!!
Eşidirsən məni?!
Səndən qorxmalıyam amma sən mənə cavab zad vermirsən ona görə bəlkə də əsl qorxan sənsən
Cavabı bilmirəm, tək istədiyim bunu konkret görməkdir
Min cür yalan, min dənə teoriya var ortada
Tək bilmək istədiyim dini kimin ortaya çıxardığıdır
Çünki bunun sən olmadığını bilirəm amma heç kim mənə inanmır
Daha yalan və ölüm olmasın
King'i və X'i bizə qaytar
Nolar, uca Allah, qoy ruhları hüzur içində yatsın
Geri qalanları qoru və dayaq ol
Uca Allah!
Sənə təkrar soruşmaq istəmirəm
Ümid edirəm hələ də inanclı olduğumu bilirsən, ona görə sözümü AMİN deyərək bitirirəm...