Genius Azərbaycan Tərcümə
BTS (방탄소년단) - Life Goes On (Azərbaycan Tərcümə)
[Kuplet 1: Jung Kook, Jimin]
Bir gün dünya dayandı
Heç bir xəbərdarlıq etmədən
Bahar gözləməyi bilmədi
Bir dəqiqə belə gecikmədən peyda oldu
Ayaq izləri silinmiş küçələr
Uzanıram burda, yerə yıxılıb
Vaxt öz-özünə gedir
Heç bir üzr istəmədən
[Kuplet 2: RM]
Bu gün hava yenə yağışlı görünür
Sümüklərimə qədər islanmışam
Amma hələ də dayanmır
O yağışlı buluddan daha tez qaçaraq
Bunun kifayət edəcəyini düşünmüşdüm
Deməli, nəticədə mən sadəcə bir insanam
Əzab dünyasındayam
Dünyanın mənə verdiyi bu soyuqluq
Məni toz basmış “geri sarımağı“ basmağa təhrik edir
Melodiyaya uymadan yerdə uzanaraq rəqs edərək
Qış gələn kimi nəfəsimizi buraxaq
Daha isti nəfəs
[Pre-Nəqarət: V, Jung Kook]
Heç bir son görünmür
Bir çıxış yolu varmı?
Ayaqlarım tərpənməkdən imtina edir
Gözlərini bir anlıq yum
Əlimi tut
O gələcəyə doğru, uzaqlara qaçaq
[Nəqarət: Jung Kook, Jimin]
Meşədəki əks-səda kimi
O gün geri qayıdacaq
Heç nə olmamış kimi
Həyat davam edir
Mavi səmadakı ox kimi
Növbəti gün uçub gedir
Yastığımda, stolumun arxasında
Həyat davam edir
Yenə beləcə
[Kuplet 3: SUGA]
Qoy bu mahnımla sənə deyim
İnsanlar dünyanın dəyişdiyini deyirlər
Amma şükür ki, səninlə mənim aramda
Heç nə dəyişməyib
[Kuplet 4: j-hope]
“Salam”la günə başlayır və bitiririk
Gəl sabahla bu günü əlaqələndirək
İndilik dayanıb, amma kölgədə gizlənmə
Gün işığı yenidən parlamağa başlayanda
[Pre-Xor: V & Jung Kook, Jin]
Heç bir son görünmür
Bir çıxış yolu varmı?
Ayaqlarım tərpənməkdən imtina edir
Gözlərini bir anlıq yum
Əlimi tut
O gələcəyə doğru, uzaqlara qaçaq
[Nəqarət: Xor]
Meşədəki əks-səda kimi
O gün geri qayıdacaq
Heç nə olmamış kimi
Həyat davam edir
Mavi səmadakı ox kimi
Növbəti gün uçub gedir
Yastığımda, stolumun arxasında
Həyat davam edir
Yenidən beləcə
[Son: Jimin və V]
Xatırlayıram
Xatırlayıram
Xatırlayıram
Xatırlayıram